Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Lill” 3 xalı tək, “Renn” isə 5 qolla qazandı

“Lill” 3 xalı tək, “Renn” isə 5 qolla qazandı

Tarix: 9 Mart 2020 12:32

Futbol üzrə Fransa çempionatında 28-ci tura yekun vurulub.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki,sonuncu oyun günündə üç qarşılaşma baş tutub.

Turun mərkəzi görüşündə "Lill" "Lion"la münasibətlərinə aydınlıq gətirib və minimal hesabla qalib gəlib. "Renn" "Monpelye"ni 5 cavabsız qolla üstələyib. "Sent-Etyen" - "Bordo" matçında isə qalib müəyyənləşməyib.
 
Lider PSJ bu turda səfərdə "Strasburq"la qarşılaşmalı olsa da, bu oyun təxirə salınıb.
 
Fransa Liqa 1
28-ci tur
6 mart
 
Olimpik (Marsel) - Amyen 2:2
Qol: Sanson, 45+1. Payet, 57 - Jirassi, 83-pen. Qoddos, 90+6.
 
7 mart
 
Strasburq - PSJ matçı təxirə salınıb
 
Anje - Nant 2:0
Qol: Bobikon, 48. Tomas, 53.
 
Dijon - Tuluza 2:1
Qol: Mendil, 40. Aquerd, 53 - Boisqar, 41.
 
Mets - Nim 2:1
Qol: Nquette, 7. Boye, 81 - Do, 49.
 
Nitsa - Monako 2:1
Qol: Dolberq, 59; 90+2 - Ben Yedder, 32.
 
Reyms - Brest 1:0
Qol: Ture, 37.
 
8 mart
 
Sent-Etyen - Bordo 1:1
Qol: Bouanqa, 68 - Maya, 65.
 
Renn - Monpelye 5:0
Qol: Maussa, 9. Hunu, 28; 87-pen. Tait, 68. Del Kastilyo, 73-pen.
 
Lill - Olimpik (Lion) 1:0
Qol: Remi, 33.


Etiketlər:  Lill xalı tək Renn isə qolla qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ