Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Dedim ki, mənə görə Oksananı söymüsən, barışmalısan” - FOTO

“Dedim ki, mənə görə Oksananı söymüsən, barışmalısan” - FOTO

Tarix: 9 Mart 2020 16:40

Müğənni Natavan Həbibi eks-rəfiqəsi, aktrisa Oksana Rəsulovadan küsməsinin səbəbini açıqlayıb.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, o, bu barədə Samir Bayramlının "Söhbətsiz" proqramında danışıb.

Sənətçi bildirib ki, Oksana ona qarşı gözləmədiyi münasibəti bəsləyib:

"Onunla aramız Tolikə (prodüser Tarix Əliyev - red.) görə dəyib. Tolik mənim yanıma - Kislovodska barışmağa gələndə Oksana dedi ki, mən bu söhbətdə yoxam, onunla barışmıram. Mən də dedim ki, sən barışmırsan, Tolik özü yaxınlaşaq. Mənə görə bu söhbətdə var idisə, o, səninlə barışacaq. Amma davaları mənə görə deyildi. Məndən öncə "Maşın" şouda Elşad Xoseyə görə dalaşmışdılar. Xəbərim yox idi. Oksana demişdi ki, Tolik sənə görə məni söyüb. Tolikə dedim ki, mənə görə İnstaqramında Oksananı söymüsən, könlünü almalısan. Dedi ki, baş üstdə, istəyirsən indi mesaj yazım, ya da gedək Bakıda barışaq. Oksanaya dedim ki, bu mövzuları bağlamalıyam. Mövzu çox uzağa getdi. Siz bilmədiyiniz hadisələr baş vermişdi. Bunlar elə-belə şou-biznes hadisələri deyildi. Bu söhbətə ölkədə kimlər qatılmamışdı ki? Sizə adları deyərəm.

Biz Toliklə Bakıya gəldik. Bir həftə sonra Tolikə Dağıstanda fəxri ad verdilər. Bir də gördüm ki, Tolik üstümə qaçır. Bax, gör mənə kim yazıb? Baxıram ki, Oksana onu təbrik edib. Halbuki mənimlə elə dava etdi, elə qışqırdı ki, mən də Tolikə dedim ki, üzr istəmə. Tolik səninlə barışmalıydı. Oksana, sən Tolikə yazmamalı idin. Belə qürurlu qız idinsə, niyə yazırdın, təbrik edirdin? Ondan sonra çıxır "ATV maqazin onlarla"da haqqımda danışır, dostluqdan söhbət açır. Dedim ki, sən nədən danışırsan? Səninlə nə problemimiz olub? Oksana niyə Tolikin üzrünü qəbul etmədi onu başa düşmədim, sonra özü niyə yazdı onu da başa düşmədim. Sonra verilişə çıxdı danışdı deyə söhbəti bağladım, münasibətimi pozdum".


Etiketlər:  Dedim mənə görə Oksananı söymüsən barışmalısan FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ