Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 18:00
Kabilin mərkəzində Əfqanıstan Prezidenti Əşrəf Qaninin inauqurasiyası zamanı iki raket düşüb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, insident nəticəsində iki nəfər xəsarət alıb.
"Raketlərdən biri parkın, digəri Serena hotelinin yaxınlığında düşüb, iki nəfər yaralanıb", - agentliyin həmsöhbəti qeyd edib.
"ToloNews" telekanalının məlumatına görə, Qani şəxsən özü qonaqları mərasimi saxlatdırmamağa çağırıb.
"Bir və ya iki partlayışdan qorxmayın, öz yerlərinizdə qalın", - Qani xahiş edib.