Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 09:38
Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla bağlı martın 10-na olan son statistik məlumatları və risk göstəricilərini yayımlayıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, təsdiqlənmiş yoluxma hallarının sayı artıb.
Belə ki, dünya üzrə yoluxma sayı ümumilikdə 115 ölkə/ərazi üzrə 114 422 nəfərdir. Son yoluxma sayı 60 nəfərdir. Onların içərisində 19-u yeni olmaqla 4027 şəxs artıq ölüb. Bu günə qədər virus infeksiyasından 64 088 şəxsin sağaldığı qeydə alınıb. Statistikaya əsasən, onlardan 1600 nəfər yeni sağalanlardır.
ÜST-ün risk qiymətləndirməsi:
Çində: Çox yüksək
Regional səviyyədə: Çox yüksək
Qlobal səviyyədə: Çox yüksək