Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 23:26
Türkiyənin Kocaeli şəhərində bir fabrikin 66 işçisi qida zəhərlənməsi şübhəsi xəstəxanaya yerləşdirilib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, işçilərin fabrikdə verilən yeməkdən zəhərləndikləri ehtimal olunur. Hazırda onların vəziyyətinin stabil olduğu bildirilir.
Kocaeli şəhəri Əkinçilik və Meşə Müdirliyi tərəfindən araşdırılmaların aparılması üçün işçilərin yedikləri yeməklərdən nümunələr götürülüb.