Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Beşiktaş''ın prezidenti Yurçeviçə niyə zəng vurub?

''Beşiktaş''ın prezidenti Yurçeviçə niyə zəng vurub?

Tarix: 25 May 2019 16:48

Gələn mövsüm Türkiyəni Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Beşiktaş" heyətini gücləndirməyə hazırlaşır.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, "qara qartallar"ın əsas hədəflərindən biri "Cenoa"nın müdafiəçisi Darko Lazoviçdir. Hətta İstanbul klubunun prezidenti Fikrət Ormanın Xorvatiya millisinin də üzvü olan 28 yaşlı futbolçu haqda məlumat toplamaq üçün yığmamızın baş məşqçisi Nikola Yurçeviçə zəng vurduğu bildirilir. Vaxtı ilə "Beşiktaş"da Slaven Biliçin köməkçisi işləyən Yurçeviçi millimizə təyinatı münasibətilə təbrik edən F. Ormanın 52 yaşlı mütəxəssisdən Lazoviç barədə soruşduğu da iddia olunur. Məhz bu telefon danışığından sonra türklərin İtaliya klubu ilə danışıqlara başladığı deyilir.

Qeyd edək ki, Yurçeviç 2013-2015-ci illərdə "Beiktaş"da çalışıb.
 


Etiketlər:  Beşiktaşın prezidenti Yurçeviçə niyə zəng vurub


RƏYLƏR