Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada kütləvi toplaşmaq qadağan olundu

Almaniyada kütləvi toplaşmaq qadağan olundu

Tarix: 11 Mart 2020 16:32

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində 1000 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.

Trend-in məlumatına görə, bunu Berlinin səhiyyə məsələləri üzrə senatoru Dilek Kalaycı deyib.

O bildirib ki, bu qərar virusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.

Qeyd olunur ki, kütləvi toplaşma qadağası gələn ayın əvvəlinədək qüvvədə olacaq.

Bu günədək Almaniyada 1 622 yoluxma faktı təsdiqlənib, 3 nəfər isə virusun qurbanı olub.


Etiketlər:  Almaniyada kütləvi toplaşmaq qadağan olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ