Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 16:42
Almaniyanın paytaxtı Berlində 1000 nəfərdən çox şəxsin iştirakı ilə kütləvi tədbirlərin keçirilməsi qadağan edilib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Berlinin səhiyyə məsələləri üzrə senatoru Dilek Kalaycı deyib.
O bildirib ki, bu qərar virusun yayılmasının qarşısını almaq məqsədilə qəbul edilib.
Qeyd olunur ki, kütləvi toplaşma qadağası gələn ayın əvvəlinədək qüvvədə olacaq.
Bu günədək Almaniyada 1 622 yoluxma faktı təsdiqlənib, 3 nəfər isə virusun qurbanı olub.