Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 17:42
"Skoda"nın Rusiyadakı rəsmi nümayəndəsi 5742 Superb II modelinin geri çağırılması barədə elan edib.
Sonxeber.net Day.Az-a istinadən bildirir ki, çağırılan avtomobillər sırasına 2013-2015-ci ildə istehsal olunan Superb II modelləri daxildir.
Bildirilir ki, avtomobillərin geri çağırılmasına səbəb bəzi dönmə əməliyyatları zamanı yarana biləcək problemlərdir və bort kompyuteri bu qüsur barədə sürücüyə xəbərdarlıq etmir. Geri çağırılan avtomobillərin bort kompyuterlərindəki problemin qısa zamanda aradan qaldırılması nəzərdə tutulur.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.