Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Atalanta''nın hücumçusu Messi və Ronaldunun rekordunu təkrarladı

''Atalanta''nın hücumçusu Messi və Ronaldunun rekordunu təkrarladı

Tarix: 11 Mart 2020 19:34

"Atalanta"nın hücumçusu Yosip İliçiç Çempionlar Liqasında rekorda şərik olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, sloveniyalı fovard 1/8 finalda "Valensiya" ilə səfər qarşılaşmasında pokerə imza atmaqla bunu edib.

İliçiç ÇL-in pley-off mərhələsinin iki oyununda 5 və daha çox qol vuran üçüncü oyunçu olub. O, "Barselona"nın kapitanı Lionel Messi və "Yuventus"un hücumçusu Kriştiano Ronaldoya məxsus göstəricini təkrarlayıb.

Qeyd edək ki, Messi 2011-12 mövsümündə "Bayer"ə 6, Ronaldo isə 2016-17 mövsümündə "Real"da olarkən "Bavariya"ya 5 qol vurmuşdu.

Milli.Az


Etiketlər:  Atalantanın hücumçusu Messi Ronaldunun rekordunu təkrarladı


RƏYLƏR