Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Düşünürlər ki, seksual görünsələr tələbatlı olarlar'' - Nərgiz Cəlilova

''Düşünürlər ki, seksual görünsələr tələbatlı olarlar'' - Nərgiz Cəlilova

Tarix: 11 Mart 2020 19:45

Verilişin həm redaktoru, həm, müəllifi, həm aparıcısı, həm qonaqların çağırılması ilə məşğul olanıq. Həm də montajda otururuq. Amma biz diktor olanda bunları edə bilməzdik. Mətni hazır verirdilər, səlahiyətimiz yox idi nəsə əlavə edək.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Nərgiz Cəlilova müğənni Murad Arifin "Popumuz var" "Youtube" layihəsində deyib. Aparıcı telekanallarda xanım aparıcılara daha çox üstünlük verilməsindən bəhs edib: 

"Qadın daha çox cəlb edir. Həm də qadın aparıcı cəzbedici olmalıdır, xoşa gəlməlidir, göz oxşamalıdır. Televiziyanın qanunlarından biri də budur. Amma hər şey çərçivədə olmalıdır.

İstismar olmamalıdır. Bizim bəzi aparıcılarımız cəlbedici olmaq üçün buna gedirlər. Səhv edirlər. Elə bilirlər ki, nə qədər seksual görünsələr, tələbat daha çox olar. Bəlkə hədəflər başqadır, təlabatı başqa yerdə axtarırlar. Amma televiziyada axtarmasınlar. Bu uzunmüddətdli deyil. Nə vaxta qədər qısa ətəyin, dekoltenlə tamaşaçı cəlb edə bilərsən?".

N.Cəlilova Muradın "İş həyatınızda karyeranız boyunca kanal, departament rəhbəri tərəfindən ikibaşlı zarafat, təklif, məqam olub? Hazırda bu, beynəlxalq problemlərdən biridir. Qadınlar kişilərin istifadəçiliyindən etiraz edir" sözlərinə belə cavab verib:

"Olmayıb deməyim. Yəqin olub. Amma həmin anlardan çıxmağı bacarmışam. Amerika ilə bizi bir tutmayın. Çox şeyi içimizə salırıq, bəyan etmirik. İndi elə yaşdayam ki, hər adam mənə elə təklif etməyə cəsarət etməz. Amma iş yerində hər qadının başına gəlib bu. Bütün cəmiyyətdə var. Amma həmin vəziyyətdən necə çıxmaq sənin özündən asılıdır".

Cəlilova telekanllardakı maaş azlığından da danışıb. "Çox çətindir... Maaş həddindən artıq azdır. Sonuncu layihəmdə redaktor və şef redaktor eyni adam idi. Həm sualları bir yerdəe dirdik, həm qonaqları təyine dirdik. Onun maaşı məndən də az idi. Hər dəfə bunu deyirdim, amma... Bu, biz aparıcıların əlində deyil" deyə, aparıcı bildirib.

Aparıcı bəzi kanalların varlığını mənasız adlandırıb:

"Elə kanallar var ki, heç baxılmır da. Mənim üçün onlar yox kimidir. Fəaliyyət göstərir, bundan sonra göstərər, göstərməz isti-soyuğu yoxdur. Bir-iki kanal var ki, heç bilmirəm hansı rəqəmdə göstərir. Vaxtında o qədər demişəm, başım çəkib ki... Çox problemlər yaşamışam. Artıq hüzur içində olmaq istəyirəm".


Etiketlər:  Düşünürlər seksual görünsələr tələbatlı olarlar Nərgiz Cəlilova


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ