Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda hərbi xidmətə çağırış təxirə salındı - SƏBƏB

Gürcüstanda hərbi xidmətə çağırış təxirə salındı - SƏBƏB

Tarix: 11 Mart 2020 20:10

Gürcüstanda hərbi xidmətə yaz çağırışının müvəqqəti təxirə salınması barədə qərar qəbul edilib.

Sonxeber.net Day.Az-a istinadən bildirir ki, qərar Baş nazirin başçılığı altında idarələrası koordinasiya şurasının iclasında qəbul edilib.

Qərara əsasən, ölkədə növbəti hərbi xidmətə çağırış 1 ay müddətinə, yəni arelin 13-ə qədər təxirə salınıb.

Qeyd edək ki, bu gün şuranın qərarı ilə ölkədəki bütün təhsil müəssisələrində də tətil aprelin 1-ə qədər uzadılıb.

Son məlumata görə, Gürcüstanda 23 koronavirusa yoluxma faktı təsdiqini tapıb, 298 nəfər karantində, daha 46 nəfər isə stasionar tibb müəssisələrində həkim nəzarəti altındadır.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 4 mini keçib.


Etiketlər:  Gürcüstanda hərbi xidmətə çağırış təxirə salındı SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ