Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Babacan partiyasını qurdu - Ərdoğandan münasibət

Əli Babacan partiyasını qurdu - Ərdoğandan münasibət

Tarix: 11 Mart 2020 20:52

Türkiyənin Baş Nazirinin keçmiş müavini Əli Babacan Demokratiya və Sıçrayış Partiyasını (Demokrasi və Atılım Partisi - DEVA Partisi) quraraq sədrliyini elan edib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, DEVA-nın Təsisçilər Heyətinin 90 üzvü var. Onlardan 27-si qadın, 16-sı isə gənclərdir. Onların arasında keçmiş nazirlər Sadullah Ergin, Selma Aliyə Kavaf, Nihat Ergün, jurnalist Gülay Göktürk, AKP-nin keçmiş millət vəkilləri yer alıb.

DEVA-nın loqosu su damlası içərisində  budaqdır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan DEVA-nın yaranmasına belə münasibət bildirib: 

"Mübarizəsi inanc, millət, ölkə olmayanın sonu hər zaman məyus olmağa məhkumdur. Bunların heç biri bizi zərrə qədər maraqlandırmır". 


Etiketlər:  Əli Babacan partiyasını qurdu Ərdoğandan münasibət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ