Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2020 21:36
Koronavirus təhlükəsi ilə bağlı Qırğızıstanda Novruz bayramı münasibətilə keçiriləcək kütləvi tədbirlər təxirə salınıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bundan əvvəl ölkədə kütləvi idman tədbirlərinin keçirilməsinə qadağa qoyulmuşdu.
Ölkədə həmçinin müxtəlif konsertlərin, forum, seminar, dəyirmi masaların, teatr tamaşalarının keçirilməsi də müvəqqəti dayandırılıb.