Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 11:56
Bakı. Trend:
Amerikalı aktyor, Hollivud ulduzu Tom Henks və həyat yoldaşı Rita Uilson koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə aktyor öz “Twitter” səhifəsində yazıb.
O bildirib ki, onlar Avstraliyada olarkən özlərini pis hiss etməyə başlayıblar. Analizlərin nəticəsində hər ikisində koronavirus aşkar edilib.
Hazırda cütlük karantinə alınıb.
Qeyd edək ki, Avstraliyada 128 yoluxma faktı qeydə alınıb, 3 nəfər isə həyatını itirib.