Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 19:22
Kraliça II Yelizavetanın nəvəsi Biatrisin toyu növbəti dəfə təxirə düşüb.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, şahzadə Harri və Meqan Markl kral ailəsindən imtina etdikdən sonra Biatris və onun nişanlısı Eduardo Mapelli-Mozzi mayın 29-da nikah masasına oturacaqdılar.
Bu günlərdə məlum olub ki, cütlüyün toyu dünyada sürətlə yayılan koronavirusa görə təxirə salınıb.
İzdivacın yeni tarixi ilə bağlı hələlik heç bir məlumat yoxdur.