Tarix:  26 May 2019 11:20            
            
        “Barselona”nın futbolçusu Lionel Messi növbəti rekorda imza atıb.
Qol.az xəbər verir ki, argentinalı hücumçunun rekordu İspaniya kubokununda finalında “Valensiya”ya uduzduqları (1:2) matçda qeydə alınıb. 31 yaşlı forvard qol vurmaqla kubokun 6 finalında fərqlənən yeganə oyunçu adına yiyələnib.
Qeyd edək ki, İspaniya kubokunu bundan əvvəl ardıcıl 4 il “Barselona” qazanıb.