Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa yoluxan idmançılar və dayanan liqalar – Siyahı

Koronavirusa yoluxan idmançılar və dayanan liqalar – Siyahı

Tarix: 13 Mart 2020 13:36

Koronavirusun yayılması dünya idmanında pauzanın yaranmasına səbəb olub. Hətta yayda keçirilməsi nəzərdə tutulan futbol üzrə Avropa çempionatı və Olimpiya Oyunlarının təxirə salınması ehtimalı da var.

Bundan başqa, bir neçə idmançı bu xəstəliyə yoluxub.

Qol.az indiyədək təxirə salınan (dayandırılan) yarışların, eləcə də koronavirusa yoluxan idmançıların siyahısını təqdim edir.

Koronavirusa görə görə təxirə salınan/dayandırılan idman növləri

Futbol liqaları: Niderland, Yunanıstan, Gürcüstan, Danimarka, İspaniya, İtaliya, Fransa, MLS, Portuqaliya, Çexiya, İsveçrə, Yaponiya

Hokkey: MHL, qadınların dünya çempionatı (Kanada), yeniyetmələrin dünya çempionatı (ABŞ)

Basketbol: MBA, Avroliqa, FİBA-nın bütün turnirləri, Rusiya liqası

Fiqurlu konkisürmə: Dünya çempionatı

Biatlon: Dünya kuboku mərhələsi (Norveç)

Xizək: Dünya kuboku mərhələsi (ABŞ)

Yüngül atletika: Roma marafonu

Dayandırılması gözlənilən yarışlar

Futbol: Çempionlar Liqası, Avropa Liqası, İngiltərə Premyer Liqası

Hokkey: MHL

Tennis: WTA-nın bütün turnirləri

MMA: Həbib – Fergüson döyüşü

Formula-1: Qran-Pri mərhələsi

Təxirə salınması barədə qərar verilməmiş yarışlar

Futbol: Almaniya çempionatı, Avro-2020

“Tokio-2020” Yay Olimpiya Oyunları


Koronavirusa yoluxan idmançılar

Futbol: Daniele Ruqani, Paulo Dibala (rəsmi təsdiq olunmayıb) (hər ikisi “Yuventus”), Manolo Qabbiadini (“Sampdoriya”), Kallum Hadson-Odoi (“Çelsi”),  Mikel Arteta (“Arsenal”, baş məşqçi), Evanqelos Marinakis (“Olimpiakos”un sahibi)

Basketbol: Rudi Qober, Emanuel Mudiay, Trey Tompkins, Donovan Mitçell

Volosiped idmanı: Fernando Qaviriya

 


Etiketlər:  Koronavirusa yoluxan idmançılar dayanan liqalar Siyahı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ