Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 13:56
Avstraliyanın daxili işlər naziri Piter Dattonda yeni növ koronavirus COVİD-19 aşkar edilib.
Sonxeber.net Day.Az-a istinadən bildirir ki,bu barədə nazir özünün "Twitter" səhifəsində qeyd edib.
Avstraliyalı rəsmi yazıb: "Səhər yuxudan yüksək hərarət və boğaz ağrısı ilə oyandım. Kvinslend Səhiyyə Nazirliyi ilə əlaqə saxladım, koronavirusa görə test verdim. Gündüz saatlarında artıq mənə zəng edib bildirdilər ki, testin nəticəsi müsbət olub".
Nazir həkimlərin tələbi ilə xəstəxanaya yerləşdirilib.
Son məlumata görə, Avstraliyda koronavirusa yoluxanların sayı 199 nəfərdir.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 100-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 120 mini, ölənlərin sayı isə 4 mini keçib.