Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 17:52
Bakı. Trend:
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası koronavirus təhlükəsiz ilə əlaqədar bütün əcnəbi vətəndaşlar üçün sərhədləri bağlamaq qərarına gəlib.
Trend-in məlumatına görə, qərar martın 15-dən etibarən qüvvəyə minəcək.
Qərara əsasən, sərhədlər iki həftə müddətində bağlı qalacaq.
Hazırda Ukraynada karantin elan olunub. Martın 12-dən aprelin 3-dək tədris müəssisələri bağlanıb, bəzi ölkələrlə aviareyslər ləğv edilib, kütləvi tədbirlər qadağan edilib.
Əlavə edək ki, bu günədək Ukraynada koronavirusa 1 yoluxma faktı təsdiq edilib.