Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Mart 2020 21:51
Bakı. İlhamə İsabalayeva - Trend:
Koronavirusa qarşı mübarizə aparmaq üçün nə qədər maliyyə vəsaiti lazımdırsa, xərclənəcək.
Trend-in məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, koronavirusla mübarizəyə birdən-birə böyük məbləğdə vəsaitin ayrılması lazım deyil:
"Hazırda tələb olunan preparatların alınması üçün əlavə olaraq 10 milyon manat ayrılıb. Bu da hələlik kifayətdir. Dünyada bu xəstəliyə qarşı nə tətbiq olunacaqsa, onların hamısını edəcəyik".