Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 11:52
“Real”ın hücumçusu Kərim Benzema İnstaqramın Stories bölümündə karantin həyatı barədə danışıb.
Qol.az xəbər verir ki, paylaşdığı videoda o deyib: “Deyəsən, mən karantin həyatına hazır deyiləm. Mən indi həyətdəyəm və heç nə etmirəm. Hələlik”.
Qeyd edək ki, bu günlərdə “Real”ın basketbol komandasının bir üzvündə koronavirus aşkarlanıb. Bundan sonra həm basketbol, həm də futbol komandasının üzvləri karantinə alınıb.