Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Dostlarımı, yaxınlarımı da ona qurban verdim'' - Oksana

''Dostlarımı, yaxınlarımı da ona qurban verdim'' -  Oksana

Tarix: 14 Mart 2020 13:25

"Ailə quranda sənətdən soyuyursan. Həyatımda elə bir dönəm oldu ki, dedim, mənə sənət lazım deyil. Əsas ailəmdir, mənə o, lazımdır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Şən bazar" verilişində qonaq olarkən deyib. Sənətçi şəxsi həyatından, oğlu Osmandan və başına gələnlərdən bəhs edib:

"Ailəm üçün hər şeyi qurban verdim: dostlarımı, yaxınlarımı, sənətimi. Ətrafıma qədər ona qurban verdim. Dedim, hər şey bunun olsun, təki hər şey sən istədiyin kimi olsun. Bunu qarşı tərəf yox, mən istəyirdim. Amma layiq olduğun dəyəri sənə verməyəndə anlayırsan. Düşünürsən ki, bu qədər qurban ver, itir, amma nəticə... İnanın, elə bir mərhələ idi ki, valideynin verdiyi məsləhətdən də uzaq olurdum.

Hamıda belə olmur. Bəzən bu qurbanlar dəyir. Elə cütlüklər var, bunu anlayır, amma azdır. Hər dəfə ayrılıq görəndə ürəyim dağılır. Heç kimi yox, həmin an övladı fikirləşirəm".

Milli.Az


Etiketlər:  Dostlarımı yaxınlarımı qurban verdim Oksana


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ