Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda daha bir gimnastika yarışı ləğv olundu

Bakıda daha bir gimnastika yarışı ləğv olundu

Tarix: 14 Mart 2020 16:42

Bakıda aprelin 17-19-da keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə Yana Batırşinanın mükafatları uğrunda 7-ci açıq turnir baş tutmayacaq.

Qol.az Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yarışın ləğv olunması dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.

Qeyd edək ki, beynəlxalq turnirdə gənc və daha kiçik yaş qruplarından olan gimnastların iştirakı planlaşdırılırdı. Daha öncə Bakıda keçirilən idman gimnastikası üzrə Dünya Kuboku yarımçıq dayandırılıb.

 


Etiketlər:  Bakıda daha gimnastika yarışı ləğv olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ