Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 22:28
Videohostinq mövcud epidemiyanın aktuallığına görə məzmun istehsalçıları ilə razılaşdı
COVID-19 virusunun yayılmasından sonra YouTube şirkəti epidemiyanın əks olunduğu bütün materialları silməyə və bloklamağa başladı. Lakin sözügedən şəbəkənin bu addımı istifadəçilərin neqativ reaksiyalarına səbəb oldu. Görünür, istifadəçi reaksiyaları YouTube-un qərarını dəyişdirib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, YouTube-un rəsmi bloqunda yaydığı məlumata görə, koronavirusla bağlı materiallar yenidən yayımlanacaq.
YouTube-un baş direktoru Susan Wojcichn bildirib ki, şirkət SARS-CoV-2 epidemiyasının insanların gündəlik müzakirə mövzusuna çevrildiyini müşahidə edib: "Buna görə də, bu mövzu ilə bağlı bloger və xəbər qurumlarına mane olmayacağıq. Həmin kanallara reklam bölmələri növbəti həftələrdə geri qaytarılacaq".