Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2020 13:42
"Tottenhem"in futbolçusu Yan Vertongenin evi qarət olunub.
Qol.az-ın "Daily Mail"ə istinadən məlumatına görə, hadisə martın 10-da "Tottenhem"in Almaniyada "Leyptsiq"lə keçirdiyi Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü zamanı baş verib.
Həmin vaxt mənzildə 33 yaşlı müdafiəçinin həyat yoldaşı və iki uşağı olub. Dörd nəfər oğru ailə üzvlərini bıçaq və maçete ilə hədələyərək, evdən qiymətli əşyalar və pul aparıblar. Belçikalı futbolçunun ailəsinə heç bir bədən xəsarəti yetirilməyib. Hazırda polis araşdırma aparır və şahidləri dindirir.