Tarix: 15 Mart 2020 17:32
Argentinanın “River Pleyt” klubu koronavirus pandemiyasına görə fəaliyyətini müvəqqəti dayandırıb. Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Buenos-Ayres təmsiçisi Argentina Superliqa kubokunda “Atletiko Tukuman”la matça çıxmaqdan da imtina edib. Bu isə Argentina Futbol Federasiyası tərəfindən müsbət qarşılanmayıb. Federasiyanın məlumatı olmadan belə qərar qəbul edilməsi, kluba sanksiyaların tətbiq olunmasına gətirib çıxara bilər.
“Atletiko Tukuman” kubok matçı üçün paytaxt Buenos-Ayresə gəlsə də, “River Pleyt”in stadionu bağlı olub.