Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda saxta spirtli içkilərdən ölənlərin sayı artır

İranda saxta spirtli içkilərdən ölənlərin sayı artır

Tarix: 16 Mart 2020 00:12

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində yerləşən Fars vilayətində saxta spirtli içkilərdən ölənlərin sayı 31 nəfərə çatıb.

Trend-in məlumatına görə, bunu İranın Fars vilayəti Təcili Yardım İdarəsinin direktoru Məhəmməd Cavad Muradian "IRNA"ya açıqlamasında deyib.

M.C.Muradianın sözlərinə görə, ötən günlərdə 264 nəfər saxta spirtli içkilərdən zəhərlənib.

Muradian əlavə edib ki, təkcə Şiraz şəhərində 169 nəfərin saxta spirtli içkilərdən zəhərlənməsi qeydə alınıb.

İdarə rəsmisi vilayətdə saxta spirtli içkilərdən ölənlərin sayının koronavirus nəticəsində ölənlərdən çox olduğunu deyib: “Vətəndaşlar, əsasən də gənclər sosial-ictimai şəbəkələrdə spirtli içkilərdən istifadənin koronavirusla mübarizədə effektiv olmasına dair yayılan şayiələrə inanmasınlar”.

Qeyd edək ki, İranda son vaxtlar saxta spirtli içkilərdən mindən çox şəxs zəhərlənib, 131 nəfər isə dünyasını dəyişib.

Sıra

Vilayət

Ölən

Zəhərlənən

1

Xuzistan

49

612

2

Fars

31

264

3

Əlborz

7

Elan olunmayıb

4

Ərdəbil

13

100

5

Mazandaran

12

Elan olunmayıb

6

Kürdüstan

6

18

7

Sistan və Bəluçestan

5

Elan olunmayıb

8

Həmədan

4

Elan olunmayıb

9

Mərkəzi

2

3

10

Kirmanşah

1

16

11

Hörmüzqan

1

5

12

Rəzəvi Xorasanı

-

3

Qeyd edək ki, İran Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən günədək (14 mart) 12 729 nəfərin yeni koronavirusa yoluxduğunu, 611 nəfərin öldüyünü və 4 339 nəfərin sağaldığını təsdiqləyib


Etiketlər:  İranda saxta spirtli içkilərdən ölənlərin sayı artır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ