Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada koronavirusa yoluxanların sayı artıb

Fransada koronavirusa yoluxanların sayı artıb

Tarix: 16 Mart 2020 07:24

Bakı. Trend:

Fransada ötən sutka ərzində COVİD-19 koronavirusuna 900-dən artıq insan yoluxub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran "France 2" telekanalının efirində deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların sayı 5400 nəfərə çatıb, 120 nəfər ölüb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də COVİD-19 koronavirusunu pandemiya elan edib.

Dünyanın 140-dan çox ölkəsində 153 mindən artıq insan koronavirusa yoluxub.

Onlardan əksəriyyəti sağalıb, lakin 5,7 min xəstə dünyasını dəyişib.


Etiketlər:  Fransada koronavirusa yoluxanların sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ