Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 10:33
Bakı. Elnur Bağışov - Trend:
Tehran-Ankara qatarı yenidən işə başlayacaq.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma nazirinin müavini və İranın Dəmir Yolları Şirkətinin icra direktoru Səid Rəsuli İRNA-ya açıqlamasında deyib.
S.Rəsulinin sözlərinə görə, bu qatarın yenidən işə başlaması üçün müzakirələr aparılıb və tezliklə Tehran-Təbriz-Van-Ankara istiqamətində işə başlayacaq.
İran, Türkiyə və MDB ölkələri arasında vaqonların mübadiləsi ilə bağlı anlaşmaya münasibət bildirən Rəsuli əlavə edib ki, bu anlaşmanın imzalanması daşınmanın artması ilə nəticələnəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin