Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Mart 2020 11:06
Bakı. Trend:
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi akkreditə olunduğu ölkələrdə (Malayziya ilə yanaşı, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda) yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşları üçün 24 saat açıq olan "qaynar xətt" yaradıb.
Trend-in məlumatına görə, bununla bağlı, səfirliyin sosial media hesablarında xəbər verilib.
Məlumatda bildirilir: "Malayziya, Tailand Krallığı, Myanma İttifaqı Respublikası və Bruney Darüssalamda yaşayan və müvəqqəti səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
COVID-19 pandemiyası ilə əlaqədar suallarınız olduğu təqdirdə Malayziyadakı səfirliyimizlə aşağıdakı telefon nömrələri vasitəsilə əlaqə saxlamağınız xahiş olunur:
Mob: +60172398963 (qaynar xətt)
İş: +60342526800".