Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Elmar Məmmədyarov: Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir

Elmar Məmmədyarov: Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan təcavüz və işğalçılıq siyasətindən əl çəkməlidir

Tarix: 27 May 2019 10:48

Bakı. Trend:

Ermənistan və Azərbaycan cəmiyyətlərinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin çağırışlarına uyğun olaraq, sülhə hazırlanması üçün ilk növbədə atılmalı addımlar məhz Ermənistanın təcavüz və işğalçılıq siyasətindən əl çəkməsi ilə əlaqədardır.

Trend-in məlumatına görə, bunu Rusiyada nüfuzlu KİV-lərdən biri sayılan “Kommersant” qəzetinə müsahibəsində Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

Trend-in məlumatına görə, müsahibədə nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması kontekstində onun tarixçəsinə və nizamlanmasının beynəlxalq hüquqi çərçivəsinə bir daha nəzər salıb.

Elmar Məmmədyarov hazırkı mərhələdə aparılan danışıqlar prosesindən Azərbaycan tərəfinin gözləntiləri barədə şərhlər verib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Elmar Məmmədyarov Cəmiyyətlərin sülhə hazırlanması üçün Ermənistan təcavüz işğalçılıq siyasətindən çəkməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ