Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 10:52
Bakı. Elçin Mehdiyev – Trend:
Koronavirus epidemiyasının yayılması ilə bağlı dünyanın bir sıra ölkələrində sahibkarların dövlət qarşısında öhdəliklərinin yerinə yetirilməsində güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında komitə sədri Tahir Mirkişili deyib. O bildirib ki, Azərbaycanda da hökumət daxilində bu istiqamətdə müzakirələr aparılıb:
"Koronavirusla bağlı görülən tədbirlər strukturlar arasında uyğunsuzluq yaradır. Müqavilələrdə fors-major hallarla bağlı xüsusi maddə var. Amma fors-major hallara epidemiyanın yayılması daxil deyil. Belə halda müqavilə öhdəliklərinə yeni anlayışların daxil edilməsi bizə lazım olacaq. Çünki bu gün dünyada epidemiyaların yayılması prosesi çox sürətlə gedir”.