Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 12:00
Bu gün UEFA Avropanın 55 futbol federasiyasının rəhbərlərinin iştirakı ilə videokonfrans keçirəcək.
Qol.az xəbər verir ki, toplantınln yekununda mühüm qərarlar veriləcəyi bildirilir. Xüsusən bu il iyun-iyul aylarında Bakı da daxil olmaqla Avropanın 12 şəhərində keçirilməsi nəzərdə tutulan Avropa çempionatının gələn yaya kimi təxirə salınacağı gözlənilir. Kiçik bir ehtimala görə isə “Avro-2020” bu ilin dekabrında da ola bilər. Bundan başqa, yerli liqaların yayda başa çatdırılması barədə qərar veriləcəyi bildirilir.
Toplantıda Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərarlar da veriləcək. Hazırda təxirə salınan yarışlar yarımfinaldan etibarən “Dördlər final”ı formasında keçirilə bilər. Bu turnir üç oyundan (2 yarımfinal, 1 final) ibarətdir. Matçların İstanbul (Çempionlar Liqası) və Qdanskda (Avropa Liqası) təşkil edilməsi təklif olunacaq.