Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

UEFA avrokuboklarla bağlı qərar verdi

UEFA avrokuboklarla bağlı qərar verdi

Tarix: 17 Mart 2020 18:02

UEFA avrokuboklarla bağlı qərarını verib.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, qitə futbol qurumu koronavirus emidemiyasına görə dayandırılan Çempionlar Liqası və Avropa Liqasını iyunun sonuna qədər bitirmək niyyətindədir.  

UEFA-nın 55 ölkənin federasiya nümayəndəsi ilə bugünkü videokonfransında qərara alınıb ki, Avropa Liqasının final qarşılaşması iyunun 24-də, Çempionlar Liqasının həlledici matçı isə 27-də keçirilsin.

Xatırladaq ki, UEFA bu yay keçirilməli olan Avropa çempionatını gələn ilə təxirə salıb.
 


Etiketlər:  UEFA avrokuboklarla bağlı qərar verdi


RƏYLƏR