Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Mart 2020 20:54
Koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) martın 18-də keçirilməsi planlaşdırılan bütün tədbirlərin bir ay müddətində təxirə salınması barədə qərar qəbul edib.
ARAF-dan Sonxeber.net-a verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyası qlobal pandemiya elan olunduğu nəzərə alınaraq, ölkəmizdə infeksiyanın maksimum səviyyədə qarşısının alınması, virusun aşkarlandığı şəxslərin xüsusi nəzarətdə saxlanılması və məlumatların ictimaiyyətə düzgün çatdırılmasını təmin etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb.
Operativ Qərargahın verdiyi məlumata əsasən ölkədə kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirləri müvəqqəti olaraq təxirə salınıb. Bu müddətdə iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.