Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda borca görə axtarışda olan 25 nəfər saxlanıldı

Bakıda borca görə axtarışda olan 25 nəfər saxlanıldı

Tarix: 18 Mart 2020 10:06

Bakı. Samir Əli - Trend:

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-da 26 cinayətin üstü açılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, onlardan 7-sı əvvəlki dövrlərdən bağlı olan cinayətlər olub. Qəsdən sağlamlığa ağır zərər vurmaya görə 1, soyğunçuluq üzrə 1, quldurluq üzrə 1, narkotiklərlə əlaqəli 6, baş vermiş oğurluq hadisələri ilə əlaqədar, əməliyyat-axtarış tədbirlər nəticəsində daha 7 faktın açılması tədbirlərlə təmin olunub.

Cinayət Məcəlləsinin müxtəlif maddələri və borca görə axtarışda olduğuna görə ümumilikdə 25 nəfər saxlanılıb. İtkin düşmüş kim axtarışı elan olunan 1 nəfər tapılaraq ailəsinə təhvil verilib.


Etiketlər:  Bakıda borca görə axtarışda olan 25 nəfər saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ