Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 16:12
Bakıda 16 yaşadək futbolçulardan ibarət yığmamızın təlim-məşq toplanışı olacaq.
Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq iyunun 3-də başlayacaq. 6 gün davam edəcək toplanışa 27 futbolçu dəvət olunub.
U-16-nın heyəti: Ayxan Qələndərli, Cavid Adnayev, Şahmar Aşurov, Firəddin Abdullayev, Elxan Zeynalabdinzadə (hamısı "Sabah"), Fariz Xeyrullayev, Ayxan Suleymanlı, İbrahim İbrahimli, Ağadadaş Salyanski (hamısı "Neftçi"), Nuğay Rəşidov, Emil Süleymanov, Farid Qələndərov, İxtiyar Məmiyev, Sərxan Mirzəzadə, Namiq Şamilov, Sahil Həsənov (hamısı "Qəbələ"), Nəriman Axundzadə, Ərtoğrul Quliyev, Vasif Fərəcov, Amin Qarayev (hamısı "Qarabağ"), Nicat Quliyev, Xəyal Əliyev (hər ikisi "Səbail"), Mahmud Ağayev ("Zirə"), Seymur Muradov ("Xilə"), Ruhid Mustafayev, Rəhman Məmmədov (hər ikisi "Sumqayıt"), İftixar İbrahimov ("Keşlə").