Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Mart 2020 22:20
"Bizdə müğənni yanında bir sürü adamla gəlir. Hazır yeyənlər komandası. Bunlar nə işə baxır bilmirəm?!".
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə "MTV"-yə müsahibəsi zamanı deyib. İfaçı bəzi məşhurların ətrafında çoxsaylı işçinin olmasına belə münasibət bildirib:
"Müğənninin komandası olması vacibdir, amma baxır hansı komanda. Mən o, komandanı 2006-cı ildə Rusiyaya gedəndə görmüşdüm. Orada prodüserim, direktorum, yerimə danışan başqa idi. Mətbuat katibim diktə edirdi, sən bunları deməli, bunları isə deməməlisən. Stilist, modelyer başqa idi. Komanda yaxı şeydir amma peşəkar olanda. Onlar sənin yanında gəzməməlidir. Bizimkilər tamaşaçıya demək istəyir ki, mən nə qədər adamla işləyirəm. Əslində boş şeydir. Azərbaycan balaca ölkədir. Müğənninin nə işi ola bilər ki?".
Nadir həmkarlarının telefonuna prodüserinin cavab verməsi ilə bağlı da fikir bildirib:
"Müğənninin prodüserinə zəng etmərəm. O sənətçi kim üçünsə ulduz ola bilər, amma mənim həmkarımdır. Yəni o mənimçün ulduz deyil. Əgər biz eyni ölkədə yaşayırıq və həmkarıqsa, səhnələri bölüşürüksə, o mənimcun ulduz deyil. O, mənim adi iş yoldaşımdır. Ona görə telefonlarıma özü cavab verməlidir. Ulduzluğunu başqa yerdə göstərsin".