Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2019 17:48
Bakı. Trend:
Prezident İlham Əliyev Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Sahle-Uork Zevdeyə təbrik məktubu göndərib.
Təbrikdə deyilir: Hörmətli xanım Prezident, Efiopiyanın milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza sülh və firavanlıq diləyirəm".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin