Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Mart 2020 23:56
Nəhəng texnologiya şirkətlərinin rəhbərləri belə uğurlu olmalarının səbəblərini çox vaxt gərgin rejimdə işləmələri ilə əlaqələndirirlər. Bəs onlar işə saat neçədə başlayır və hansı iş rituallarına əməl edirlər?
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Apple-ın rəhbəri Tim Cook daha çox uğur qazanmaq üçün yuxudan saat 03:45-də durur. O, 04:30-da artıq bir neçə lazımi email göndərməyə başlayır. Səhər saat 5-də isə səhər idmanını edir. O, ofisə ən tez gəlib, ən gec gedən şəxslər arasındadır.
Tvitterin rəhbəri Jak Dorsey isə günə səhər saat 5-də buz vannası qəbul edərək başlayır. Daha sonra 8 kilometr qaçır və gündə bir dəfə yemək yeyir. Gündə bir saat meditasiya edir. 42 yaşlı milyarder 20 ildir meditasiya ilə məşğul olduğunu deyir.
Apple-ın 2011-ci ildə vəfat edən yaradıcısı Stiv Cobs günə saat 6-da başlayırdı.
Yahoo-nun keçmiş rəhbəri Marisa Mayer də yuxudan tez oyanan məşhurlar arasındadır. O, Yahoo-ya rəhbərlik etdiyi dövrdə cəmi 4 saat yatırdı.
General Motorsun rəhbəri Mary Barranın da səhər saat 6-da artıq ofisdə olduğu deyilir.