Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ strateji neft ehtiyatlarını artırır

ABŞ strateji neft ehtiyatlarını artırır

Tarix: 20 Mart 2020 17:48

ABŞ strateji neft ehtiyatlarını artırır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Birləşmiş Ştatlar 30 milyon barrel Amerika nefti almaqla öz strateji ehtiyatlarını artırmağa başlayacaq.

Bundan başqa, ABŞ Prezidenti Donald Tramp ölkənin neft sənayesini qorumaq üçün senatorların getdikcə artan çağırışlarından sonra qiymət müharibəsinə müdaxilə edəcəyini və çətinliyin aradan qaldırılması üçün orta yol axtaracağını söyləyib.

Qeyd edək ki, ABŞ-ın strateji neft ehtiyatları 635 milyon barreldir.


Etiketlər:  ABŞ strateji neft ehtiyatlarını artırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ