Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Mart 2020 18:58
"İnter"in futbolçusu Romaelu Lukaku İtaliyada koronavirusun yaratdığı problemlərdən şikayətlənib.
Qol.az "A Bola"ya istinadən xəbər verir ki, o, bununla bağlı deyib:
"Bu gün demək olar ki, ağlımı itirmişəm. Heç yerə çıxmaq olmaz. Məşq etmək imkanım yoxdur. Doqquz gündür evdə oturmuşam. Ancaq klub kömək edir. Kimə trenajor lazım olduğunu soruşdular və tezliklə onlar gətirdilər. Yeməyi də daim çatdırırlar.
Mən alışdığım həyat üçün darıxıram. Anayla, oğulla, qardaşla görüşə bilmirəm. Başqa insanlarla ünsiyyət saxlaya bilmirsən. Mən oyunlar və azarkeşlər üçün darıxıram. Belə vəziyyətdə əvvəl sahib olduqlarının qiymətin anlayırsan".