Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda bu il 2 “Formula -1” yarışı keçirilə bilər

Azərbaycanda bu il 2 “Formula -1” yarışı keçirilə bilər

Tarix: 20 Mart 2020 20:32

Avstriyanın "Red-Bull" komandasının yarışlar üzrə məsləhətçisi Helmut Marko "Formula 1"in təqvimindəki hazırkı vəziyyəti dəyərləndirib.

"Motorsport Total" saytı xəbər verir ki, o, koronavirus pandemiyasına görə təqvimdə yaranmış sıxlığı aradan qaldırmaq üçün bir neçə variant təklif edib. H.Marko bildirib ki, cümə məşqləri olmadan 2 günlük uik-end yarışları keçirmək olar.

Məsləhətçi həmçinin bəzi trasslarda 2 Qran-pri təşkil etməyin mümkünlüyü barədə də müzakirələrin olduğunu gizlətməyib.

Qeyd edək ki, "Formula 1"də Azərbaycan Qran-prisinə kimi bütün yarışlar təxirə salınıb. Bakıdakı yarış 5 -7 iyunda keçirilməlidir.

 


Etiketlər:  Azərbaycanda bu il 2 Formula 1 yarışı keçirilə bilər


RƏYLƏR