Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Atmosferində dəmir yağışları olan planet kəşf edilib

Atmosferində dəmir yağışları olan planet kəşf edilib

Tarix: 21 Mart 2020 14:52

Avropa Kosmik Agentliyinin ESPRESSO teleskopu vasitəsilə tədqiqatçılar qeyri-adi ekzoplanet kəşf ediblər.

Milli.Az ted.az-a istinadən bildirir ki, balıq bürcündən 640 işıq ili məsafədə yerləşən "WASP-76b" planetinin qeyri-adiliyi onun atmosferində ərimiş dəmir yağıntılarının mövcud olması ehtimalıdır.

Ultranəhəng planetin səthində gündüzlər 2400 dərəcə Selsi temperatur olur, bu isə metalların buxarlanması üçün kifayətdir.

Güclü küləklər vasitəsilə dəmir buxarları nisbətən soyuq hissəyə daşınır, bunun nəticəsində soyuq mühitlə təmas edən metal damcı şəklində səthə düşür və dəmir yağışı baş verir.

"Nature" jurnalında dərc olunan tədqiqat işində bəhs olunan planetin gündüz vaxtı öz ulduzundan aldığı radiasiya Yerin Günəşdən aldığı radiasiyadan min dəfələrlə çoxdur. Gündüz və gecə arasında olan kəskin temperatur fərqi planetin atmosferində güclü küləklərin yaranmasına səbəb olur. Temperatur fərqinin 1500 dərəcə olduğu şəraitdə güclü küləklər dəmir buxarlarını çox isti tərəfdən nisbətən soyuq tərəfə aparır. Soyuyan dəmir buxarları maye-damcı şəklində planetin səthinə düşür.

Milli.Az


Etiketlər:  Atmosferində dəmir yağışları olan planet kəşf edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ