Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2019 07:33
Bakı. Trend:
Hər zaman təhsilə, insan resurslarının, xüsusilə qadınların və uşaqların intellektual inkişafına önəm verən Ulduz Şokolad Fabriki (“Veysəloğlu-Yaycılı Qardaşlar” MMC) bu dəfə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) tərəfindən qadınlar üçün təşkil olunan Marketinq təliminə dəstək oldu.
MMC-dən Trend-ə verilən məlumata görə, sahibkar xanımlar üçün ödənişsiz keçirilən təlimdə marketing, SWOT analizi, qiymət siyasəti, brendinq, strategiya, reklam və internet marketinqi kimi əsaslı mövzular haqqında iştirakçılara ətraflı məlumat verilib, sonda isə hər kəsə təşilat adından sertfikatlar təqdim olunub.
Qeyd edək ki, Ulduz Şokolad Fabriki bundan sonra da AQSİA tərəfindən regionlarda keçiriləcək təlimlərə dəstək olmaqda davam edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin