Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çelsi'' və ''Arsenal'' azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı

''Çelsi'' və ''Arsenal'' azarkeşləri üçün Bakıda 3 ərazi ayrıldı

Tarix: 28 May 2019 08:00

Bakı. Samir Əli - Trend:

Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu zamanı hər iki komandanın yerli və xarici azarkeşlərinin dəstək aksiyası üçün xüsusi yerlər ayrılıb.

Bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov deyib.

Meriya sözçüsü qeyd edib ki, bunun üçün şəhərin mərkəzi hissəsində azarkeşlərə 3 ərazi təqdim edilib: "Çelsi" komandasının əcnəbi azarkeşləri üçün Sahil bağında, "Arsenal"ın xarici azarkeşləri üçün isə Qış Bulvarında xüsusi ərazi ayrılıb. Hər iki komandaya azarkeşlik edən yerli sakinlər üçün isə Dənizkənarı Milli Parkda yer nəzərdə tutulub".

İ.Kərimov bildirib ki, həmin ərazilərdə AFFA tərəfindən xüsusi monitorlar və digər avadanlıqlar quraşdırılacaq. Azarkeşlərin şəhərdə futbolu canlı izləmək şansları da olacaq.

Xatırladaq ki, mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçında 30 mindən çox əcnəbi azarkeş iştirak edəcək. Azarkeşlər Bakıya xüsusi çarter reyslərlə gətiriləcək.

Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb.

Qeyd edək ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Çelsi Arsenal azarkeşləri üçün Bakıda ərazi ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ