Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şüyüd haqqında bilmədikləriniz

Şüyüd haqqında bilmədikləriniz

Tarix: 21 Mart 2020 23:42

Şüyüd süfrəmizdə ən çox işlədilən göyərtilərdən biridir. Onu həm tək, həm də salatların tərkibində yeməyi çoxlarımız xoşlayırıq. Şüyüdün faydalı, müalicəvi təsirləri barədə bəzi məlumatları sizinlə bölüşmək istəyirəm.
Şüyüdün tərkibində C, B vitaminləri, karotin, nikotin və fol turşusu, qiymətli mikroelementlər, kalsium, dəmir, kalium və fosfor var. Tərkibindəki mikroelementlərə görə şüyüd mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, arterial təzyiqi aşağı salır, ürək damar fəaliyyətini yaxşılaşdırır. Güclü müalicəvi təsiri böyrək xəstəlikləri və sistitin əlamətlərini aradan qaldırır. Şüyüdün orqanizmə aşağıdakı müsbət təsirləri var:
- damarları genişləndirir
- bağırsağın peristaltikasını yaxşılaşdırır
- ödqovucu təsirə malikdir
- sidikqovucu təsirə malikdir
- qazqovucu təsiri var
- başağrısı və yuxusuzluğa faydası var
- uşaq əmizdirən analara südgətirici təsiri var.
Müasir tibb, şüyüdü təzə halda yeməyi məsləhət görür. Tibbdə 1 ml şüyüd yağını 1000 ml suya qatıb şüyüd suyu hazırlanır. Şüyüd suyu arterial təzyiqi aşağı salır, əzələlərin tonusunu yüksəldir.
Böyrək xəstəliklərində 1 xörək qaşığı doğranmış şüyüdün üzərinə 200 ml qaynar su tökülüb, 15 dəqiqə ağzı qapalı saxlanılıb içilir.
Meteorizm və qəbizlik zamanı 1 xörək qaşığı quru şüyüdün üzərinə 0,5 litir qaynamış su töküb 1 saat saxlanır. Gündə 3 dəfə, hər dəfə 0,5 stəkan yeməkdən qabaq içmək xəstəliyin əlamətlərini aradan qaldırır.

Milli.Az


Etiketlər:  Şüyüd haqqında bilmədikləriniz


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ