Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millinin baş məşqçisi maaşının azaldılmasına razı oldu

Millinin baş məşqçisi maaşının azaldılmasına razı oldu

Tarix: 22 Mart 2020 19:28

Norveç millisinin baş məşqçisi Lars Laqerbek məvacibinin 20 faiz azaldılmasına razılıq verib.

Qol.az xəbər verir ki, o, aprel ayından etibarən maaşını məhz 20 faiz güzəştlə alacaq. Bu barədə TMW məlumat yayıb.

71 yaşlı isveçli mütəxəssisin belə bir qərar verməsinə bütün dünyada sürətlə yayılmaqda olan koronavirus pandemiyası ilə əlaqədar yaranmış böhran səbəb olub. Laqerbekin rəhbərlik etdiyi məşqçilər korpusunu digər üzvləri də müqavilələrinin sonuna kimi eyni qaydada güzəştə razı olublar.

Qeyd edək ki, Laqerbek 2017-ci ildən Norveç yığmasının baş məşqçisidir.

 


Etiketlər:  Millinin baş məşqçisi maaşının azaldılmasına razı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ