Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazirlik Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirib (FOTO)

Nazirlik Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirib (FOTO)

Tarix: 28 May 2019 12:12

Bakı. Trend:

Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirilib.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirliyin könüllü gəncləri və Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu əməkdaşlarının iştirakı ilə Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirilib.

Qeyd edək ki, Daşgil Palçıq Vulkanı ETSN-nin Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğu siyahısına daxil deyil və ərazi nəzarətdən kənarda qaldığı üçün müxtəlif növ tullantılarla çirklənməyə məruz qalır.

İməcilikdə palçıq vulkanının ərazisi müxtəlif növ tullantılardan təmizlənib, 500 kq-dan artıq plastik tullantı isə toplanaraq Qaradağ MKTB-nin Sanitar Təmizlik İdarəsinə təhvil verilib.

Nazirlik vətəndaşlara müraciət edir ki, Daşgil Palçıq Vulkanı ərazisini tullantılarla çirkləndirməsinlər, əraziyə gedərkən ətrafı təmiz saxlasınlar.


Etiketlər:  Nazirlik Daşgil Palçıq Vulkanı ərazisində iməcilik keçirib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ